Koreyadan Trampa sərt cavab

ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasının 72-ci iclasındakı çıxışına Şimali Koreyanın Xarici İşlər naziri Ri Yonq-Ho münasibət bildirib
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, yerli telekanallardan birinə açıqlamasında çox sərt ifadələrdən istifadə edib:“Belə deyim var: İt hürər, karvan keçər. Əgər Tramp bizi hürməklə qorxudacağını düşünürsə, səhv edir”.Qeyd edək ki, ABŞ prezidenti çıxışı zamanı Şimali Koreyanı yox edə biləcəklərini açıqlayıb.pia.az