“Mentallığı sənətlə bağlamaq olmaz”

“Mən saçıma boyanı vurdurandan sonra Faiq Ağayevliyimi itirmirəm”
“Qafqazinfo” xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev “Show time” verilişində qonaq olarkən deyib. O, plastik əməliyyat keçirdiyinə, saç rənglədiyinə görə tənqid olunan kişi müğənnilərimiz müdafiəsinə qalxıb: "Təzyiqlər görmüşəm. Daha sonra təzyiqləri edənlər öz səhvlərini anlayıblar. İncəsənət tam başqa bir sahədir. Biz daha qabarıq, daha rəngarəng olmalıyıq. Səhnə cavanlığı sevir. Bizim tamaşaçıların, əhalinin mühafizəkar hissəsi var. Onlar ümumiyyətlə dəyişikliklərə yox deyirlər. Bax onların xoşuna gəlmək üçün deyirlər.Tutalım ki, sən mentallığa uyğunsan, bəs sənin oxuduğun nədir? Bir qəpik qiyməti də yoxdur. Səhnə geyimin, səhnə danışığın sıfırdır. Mentallığı sənətlə bağlamaq olmaz. Məsələn sırğa. Siz Babəkin, Peyğəmbərin, imamların şəklinə baxın. Kim bunu deyirsə, sənətə səhv gəlib”.  pia.az