Moskvada daha bir azərbaycanlı güllələndi

Rusiyada azərbaycanlı qətlə yetirilib
Hadisə dünən Moskva şəhərindəki ``Sodovod`` bazarında, ``Uzbekskaya kuxnya`` restoranında törədilib.Həmyerlilərimizin criminal.az saytına verdiyi məlumata görə, öldürlən şəxs əslən Şamaxıdan olan gəncdir. Restoranda yeyib-içən tanışlar arasında dava düşüb. Qətlə yetirlən şəxs dava edənləri sakitləşdirmək istəyərkən bıçaqla ürəyindən iki zərbə alıb. O, hadisə yerində keçinib. Cinayəti törədən şəxslər ``Priora`` markalı avtomobillə qaçıblar. Qatil gedərkən cinayətdə istifadə etdiyi bıçağı restoranın qarşısındakı kanalizasiya quyusuna atıb. Hadisə yerində hüquq-mühafizə orqanı əməkdaşları araşdırma aparır. Bütün ``Priora`` markalı avtomobillər saxlanılaraq yoxlanır. pia.az