“Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir”

“Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər”
Bunu Polşa prezidenti Anjey Duda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib. “Polşanın bu məsələdə mövqeyi dəyişməyib. Münaqişə sülh yolu və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”, - deyə o, söyləyib. S. Sarkisyan da öz növbəsində bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrləri və  Avropa İttifaqının balanslaşdırılmış mövqeyinin əhəmiyyətini vurğulayıb. (apa)pia.az