Paytaxtda mənzildə meyit tapılıb

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb
Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1955-ci il təvəllüdlü Muradov Ramiz Bayram oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. pia.az