“Qarabağ”ın oyununa 45 min bilet satılıb

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma” ilə matçın bilet satışı davam edir
PİA.AZ Ağdam klubunun saytına istinadən xəbər verir ki, bu günə olan məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 45 minə çatıb.Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da başlayacaq.Biletlərin qiymətləri:VIP – 50 AZNKateqoriya 1 – 20 AZNKateqoriya 2 – 10 AZNKateqoriya 3 – 5 AZNKateqoriya 4 – 2 AZNŞatış məntəqələri:Asan Xidmət MərkəzləriHeydər Əliyev Sarayının kassası28 MallGənclik MallPark Bulvar (Qarabağ FK Fanshop)M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)Əlavə edək ki, azarkeşlər qeyd olunan ünvanlarda vauçerləri biletlərlə dəyişə bilər.pia.az