Baş Prokurorluq “Turan”la bağlı məlumat yaydı

Baş Prokurorluq “Turan” informasiya agentliyində yoxlamaların aparılması ilə bağlı məlumatlara aydınlıq gətirib
Prokurorluğun mətbuat xidmətindən  daxil olan məlumatda bildirilir ki,  “Turan” İnformasiya Agentliyində aparılan yoxlamalarla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir: “Hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək. “Turan” İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir”.pia.az