Tramp fövqəladə vəziyyət elan etdi

Donald Tramp "Mariya” qasırğası ilə əlaqədar Karib dənizində ABŞ-a məxsus Vircin adalarında fövqəladə vəziyyət elan edib
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir. Dördüncü kateqoriyaya qədər güclənən “Mariya” qasırğası Vircin adalarına çatır. Hazırda qasırğanın episentrində küləyin sürətinin saatda 215 kilometrə çatdığı bildirilir.pia.az