Yazıçı onu izləyən fanatını məhkəməyə verdi

Belçika yazıçısı Ameli Notomb fanatı olan qadını məhkəməyə verib
Yazıçının sözlərinə görə, bu 45 yaşlı qadın 10 il ərzində onu izləyib. Evdən çıxanda qapıda gözləyirmiş  Hətta bir dəfə kəndirlə yazıçının pəncərəsindən evinə girmək istəyib. Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, yazıçı fanatının bıçaqla silahlanmasından şübhələnib. Notombun fanatı iki azyaşlı uşağı ilə nəşriyyatın önünə də gəlib və uşaqları yetkinlik yaşına çatdıqdan sonra özünü öldürəcəyini deyib. 51 yaşlı Ameli Notomb fransız dilində yazır. Onun biblioqrafiyasında “Qatilin gigiyenası”, “Sevgi sabotajı”, “Antixrist”, Nə Həvva nə Adəm”, “Qraf  Nevillin cinayəti” kimi romanlar var. Yazıçı həmçinin nağıllar yazır.pia.az