Lütfi Zadənin adı qızılgülə verildi - Azərbaycanda

Bu günlərdə vəfat edən dünya şöhrətli alim Lütfi Zadənin adı Azərbaycanda gülə verilib
PİA.AZ AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının çiçəkçilik laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərovun yetişdirdiyi yeni qızılgül sortu dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin adını daşıyır. "Professor Lütfi Zadə" qızılgül sortu çay-hibrid qrupuna aiddir və Mərkəzi Nəbatat Bağında 2010-cu ildə seleksiya və hibridləşdirmə üsulu ilə alınıb. Müxtəlif bağ qruplarına mənsub olan bu bitki (Swan Lake LCI x Enric Palou HT) rənginə və digər xarakterik biomorfoloji xüsusiyyətlərinə görə digər güllərdən fərqlənir. Yeni sortun hazırda kəsiş gülü kimi istixanada becərilməsi sınaqdan keçirilir. Bitki göz calağı, yaşıl və yarı odunlaşmış çiliklə çoxaldılır.pia.az