Alman azarkeşlər Londonda həbs olundu

Avropa Liqasının qrup mərhələsində keçirilmiş "Arsenal" (İngiltərə) - "Köln" (Almaniya) matçından (3:1) öncə insident yaşanıb
PİA.AZ qol.az-a istinadən xəbər verir ki, oyundan əvvəl 20 minə yaxın alman azarkeş oyunun keçiriləcəyi "Emirates" stadionuna daxil olmaq istəyib. Onlardan təxminən 17 mini biletsiz olub. Stadiona biletsiz daxil olmaq istəyən azarkeşlərin qarşısı polis tərəfindən alınıb. Nəticədə gərginlik yaranıb və oyun təyin olunduğu vaxtdan bir saat gec başlayıb.London polisinin oyundan sonra yaydığı məlumatda, hadisə nəticəsində ciddi insident yaşanmadığı, lakin ictimai qaydaları pozan 5 azarkeşin həbs olunduğu qeyd edilib.pia.az