“Real”dan növbəti yeni müqavilə xəbəri

"Real Madrid" Marselonun ardından daha bir futbolçusu ilə müqavilə yeniləyib
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçisi İsko 2022-ci ilə kimi nəzərdə tutulmuş yeni müqaviləyə imza atıb. Onun əvvəlki müqaviləsi mövsümün sonunda başa çatacaqdı. Müqavilədə onun buraxılış qiyməti 700 milyon avroya yüksələcək. 25 yaşlı havbek "Real"da qalmaq istədiyini dəfələrlə qeyd etmişdi. 2017-ci ilin qışında onun "Arsenal"a transferi gündəmə gəlsə də, bu baş tutmamışdı.İsko 2013-cü ildən "Real"da çıxış edir. Onun aktivində 197 rəsmi oyuna 34 qol və 46 məhsuldar ötürmə var.pia.az