Azərbaycanın ən yaxın izləyicisi dəyişdi - UEFA reytinqi

Avropa Liqasının qrup mərhələsinin ilk turundan sonra UEFA reytinqi açıqlanıb
Dünən keçirilən 24 oyundan sonra millimizin mövqeyində dəyişiklik olmayıb. 22-ci pillədə qərarlaşan Azərbaycanın 18.625 xalı var.Ən yaxın izləyicimiz isə dəyişilib. Artıq ən yaxın izləyicimiz Şotlandiya deyil, İsveçdir. Ölkəmiz izləyicisini 0.650 xal qabaqlayır.Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Rumıniyanın 19.050 xalı var.(qol.az)pia.az