Selena Qomezə böyrək köçürüldü

Müğənni Selena Qomez ağır əməliyyat keçirib
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ifaçıya böyrək köçürülüb. Bu barədə Selena İnstaqram səhifəsində fotolarını paylaşaraq yazıb. “Bilirsiniz ki, “Qırmızı qurd eşənəyi” xəstəliyindən əziyyət çəkirdim. Mütləq böyrək köçürülmə əməliyyatına girməli idim. Mənə istər əməliyyat öncəsi, istərsə də, əməliyyatdan sonra göstərdiyi xidmətlərə görə həkimlərə, ailəmə minnətdaram. Böyrəyini mənə verərək, həyatını təhlükəyə atan rəfiqəm Fransi Raysa isə sonsuz təşəkkür edirəm. Sən mənim bacımsan”.Qeyd edək ki, aktrisa Raysla Selena 9 ildir ki, rəfiqədirlər.pia.az