"Fikrimcə, ÜAK-ın apelyasiya şikayəti üzrə müsbət qərar çıxarılacaq"

"Biz Rus icması olaraq Ümumrusiya Azərbaycan Konqresinin bağlanması haqqında qərardan çox narahatıq. Bu gün Moskvada keçirilən Rusiya-Azərbaycan münasibətlərinə dair beynəlxalq konfransda ÜAK-ın fəaliyyəti məsələsini qaldıracağıq. Konfransda ÜAK-ın yeni rəhbərliyi də iştirak edir. Hesab edirik ki, ÜAK tərəfindən də təşkilatı məsələlərə səhlənkarlıqlar olub"
PİA.AZ APA-ya istinadən xəbər verir ki, Azərbaycandakı Rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin deyib. M. Zabelin qeyd edib ki, Rusiya Ədliyyə Nazirliyi məsələyə başqa cür də yanaşa bilərdi. "Fikrimcə, ÜAK-ın apelyasiya şikayəti üzrə sentyabrın 19-da keçiriləcək məhkəmədə müsbət qərar çıxarılacaq", - deyə o qeyd edib.pia.az