Türkiyə Avropadan nəhəng addımlarla uzaqlaşır!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa Komissiyasının (AK) sədri Jan-Klod Yunker deyib ki, Türkiyə Avropa İttifaqından (Aİ) nəhəng addımlarla uzaqlaşır və bu zaman bütün körpüləri yandırır
Bununla bərabər, Yunker əlavə edib ki, Aİ əvvəlki kimi, yenə də türk xalqına dost əlini uzadır.O, Türkiyənin yaxın vaxtlarda Avropa İttifaqının tərkibinə daxil olacağını istisna edir. Onun fikrincə, Ankara Aİ-dan yalnız uzaqlaşır – özü də nəhəng addımlarla.«Bir müddətdir ki, Türkiyə Aİ-dan sürətlə uzaqlaşır» – deyə, Yunker Strasburqda Avropa Parlamentinin deputatlarına illik müraciətində bəyan edib.AK-nın sədrində periodik olaraq, belə bir fikir baş qaldırır ki, Ankara Avropa ilə bütün körpüləri yandırmağa cəhd göstərir ki, sonradan Türkiyənin Aİ-a laxil olması istiqamətində danışıqları pozmaqda Avroittifaqı günahlandırsın. Bu zaman Yunker əlavə edib ki, Aİ heç nəyə baxmayaraq, Türkiyə xalqına öz dostluq əlini uzadır..pia.az