Azərbaycan UEFA reytinqində mövqeyini qorudu

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun 1-ci oyun günündən sonra UEFA reytinqi açıqlanıb
Qol.az-ın məlumatına görə, keçirilən 8 matçdan sonra ölkəmizin mövqeyi dəyişməyib. "Qarabağ"ın səfərdə "Çelsi"yə 0:6 hesabı ilə uduzmasına baxmayaraq, 18.625 xala malik Azərbaycan 22-ci pillədə qalıb.London klubunun qələbəsi İngiltərənin isə 1 pillə irəliləyərək 2-ci sıraya yüksəlməsinə səbəb olub.Qeyd edək ki, siyahıda Azərbaycandan 1 pillə qabaqda olan Rumıniyanın 18.650 xalı var.pia.az