Bir gündə Azərbaycanda 95 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 33 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər tutulub.pia.az