“Game of Thrones”da Azərbaycan tarixindən hadisə götürülüb

Dünyanın ən reytinqli serialı “Game of Thrones”-un yeddinci mövsümünün epizodlarından biri Azərbaycanda 1920-ci ildə baş verən hadisə əsasında ekranlaşdırılıb
AzVision.az xəbər verir ki, bunu “İndepented” nəşrinə müsahibəsində serial üçün geyimlər hazırlayan britaniyalı dizayner Mişel Klepton bildirib. Söhbət Deyeneris Targaryanın dotrakilərin dəstəyi ilə Lannistrlərin qoşunlarını məhv etdiyi yeddinci mövsümün beşinci seriyasından gedir. “Bu, döyüş meydanında dotrakilərin Lannisterləri məğlub etdiyi vaxt baş verir. Onlar ilk dəfə məğlub olan düşmənlərin paltarlarını çıxardırlar. Azərbaycanda yaşanan rus işğalı zamanı döyüş iştirakçılarının düşmən üzərindən yaxşı paltoları götürməsi ideyası mənim çox xoşuma gəldi. Müharibənin sonlarında bolşevikləri demokratlardan ayırmaq olduqca çətin idi. Çünki onlar bir-birilərinin geyimlərini oğurlayırdılar. Bu ideya xoşuma gəldi. Dotrakilər onların palto və zirehlərini götürürdülər. Düzdür, zireh onlara elə də lazım deyildi, amma palto onları istidə saxlayırdı. Mən onların lazımlı şeylər götürməsini tamaşaçılara göstərmək istədim. Sizin əlinizdə iki fərqli şey var. Mən xətlərin birləşməsini gözləmək istədim. Müharibədə biz hamımız eyniyik”.Qeyd edək ki, “Game of Thrones”-un geyimlər üzrə rəssamı Mişel Klepton “Əli və Nino” filmi üçün obrazlar yaradıb. Görünür, XX əsrin əvvəllərində baş verən hadisələr haqqında məlumatı da o zaman filmin kostyumları üzərində çalışarkən öyrənib.pia.az