Maldiv adaları 60 ildən sonra ölüm hökmünü yenidən tətbiq edəcək

Maldiv adaları beynəlxalq təşkilatların təzyiqlərinə baxmayaraq, 60 ildən sonra ölüm hökmünü yenidən tətbiq edəcək
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin baş müşaviri Abdulla Yamin məlumat verib.Onun sözlərinə görə, ölüm hökmündən qətllərin və narkoticarətin sayının artması ilə mübarizədə cəzalandırıcı tədbir olaraq istifadə ediləcək."Maldivlilərin əksəriyyəti ölüm cəzasının tətbiq edilməsini dəstəkləyir. Bu, hər bir hökumət üçün çətin qərardır. Amma hökumətin günahsız insanların həyatını qorumaq kimi vəzifəsi var", - A.Yamin bildirib.O, edamların ictimai xarakter daşımayacağını, hökumətin ölüm hökmünü yerinə yetirmək üçün Mafuşi adasında ölkənin əsas həbsxanasının yaxınlığında xüsusi məkan tikmək niyyətində olduğunu əlavə edib.Qeyd edək ki, bundan əvvəl BMT Maldiv adaları hökumətini bu cəzanı tətbiq etməkdən çəkinməyə çağırıb. Təşkilat bəzi müttəhimlərin ədalətsiz məhkəmə qərarlarına məruz qalacağından ehtiyat edir.pia.az