NATO ABŞ-ın Əfqanıstanla bağlı yeni strategiyasından razıdır

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Prezidenti Donald Trampın Əfqanıstanla bağlı yeni strategiyasını alqışladığını bildirib
AZƏRTAC xəbər verir ki, baş katib NATO-nun dəstəyi sayəsində Əfqanıstanın artıq təxminən 350 min qoşun və peşəkar təhlükəsizlik qüvvəsinə malik olduğunu söyləyib. Vurğulanıb ki, NATO-nun əsas məqsədi Əfqanıstanın yenidən terror yuvasına çevrilməsinin qarşısını almaqdır. Bunun üçün Əfqanıstanda bütün tərəflər siyasi anlaşma üçün çalışırlar.Qeyd edək ki, Prezident Donald Trampın yeni strategiyasına əsasən ABŞ-ın bu ölkədəki əsgərlərinin sayı artırılır.pia.az