Müşviqabadda qəza - 2 yaralı

Abşeron rayonunda yol qəzası baş verib
PİA.AZ-ın “trend”ə istinadən xəbərinə görə, hadisə rayonun Müşviqabad qəsəbəsində baş verib. 99 GP 739 dövlət nömrə nişanlı Chevrolet -AVEO markalı avtomobil qəsəbə ərazisində piyada keçidində piyadaya yol verərkən arxadan gələn KAMAZ markalı avtomobil idarəetməni itirərək həmin maşına çırpılıb. Hadisə nəticəsində Chevrolet-AVEO markalı aşaraq yolun kənarına çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Qəza nəticəsində Bakı-Şamaxı yolunda tıxac yaranıb. Hazırda əraziyə gələn yol polisləri tıxacın aradan qaldırılması istiqamətində tədbirlər görür.pia.az