Leninin ABŞ-dakı heykəli də götürülür

Sietl şəhərinin meri (Vaşinqton ştatı) Ed Mürrey Vladimir Leninin şəhərdəki abidəsini, həmçinin, Konfederasiya əsgərlərinə qoyulmuş memorialı götürməyi təklif edib
Teleqraf.com-un məlumatına görə, mer nifrət, rasizm və zorakılıq simvolları ilə bağlı bəyanatında bu simvolları götürməyin vacibliyini vurğulayıb.Qeyd edək ki, hər iki abidə xüsusi mülkiyyətdə olan ərazilərdə yerləşir. Odur ki, şəhər rəhbərliyinin bəyanatı və mövqeyi həlledici deyil.“Leyk Vyu” qəbiristanlığı özəldir, V.Leninin burdakı abidəsi isə Luis Karpenter ailəsinə məxsusdur. O, kredit götürərək abidəni Slovakiya hökumətindən alıb. Abidə əvvəllər Sovakiyanın Poprad şəhərində yerləşib. Beş metr hündürlüyü, 7 ton çəkisi olan heykəl artıq 20 ildən çoxdur ki, Sietl şəhərində yerləşir. Abidə turistik portalda satışa çıxarılıb.Konfederasiya əsgərlərinə həsr olunmuş abidələrin götürülməsi məsələsi isə Virciniya ştatının Şarlottsvill şəhərində baş verən kütləvi iğtişaşlardan sonra gündəmə gəlib. Aksiyalar Sietl şəhərində də keçirilib.pia.az