Keçmiş telekanal rəhbərinin oğlu vəfat etdi

Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb
Hadisə bu gün Balakən rayonu ərazisində, Katex çayında baş verib.Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ədilxan Nəzirxan oğlu Nuruyev çayda çimərkən boğulub.Hazırda onun axtarışları davam etdirilir.Qeyd edək ki, dünyasını dəyişən Ə.Nuruyev fəaliyyəti dayandırılmış “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur. (apa)pia.az