Göldə balıq tutan şəxs öldü

Xocalı sakini bədbəxt hadisə nəticəsində ölüb
Hadisə Goranboy rayonunun Hacallı kəndində qeydə alınıb. Göldə balıq tutan Xocalı rayon sakini, 1977-ci il təvəllüdlü Həmidov Eldəniz Sabir oğlu cərəyan vurması nəticəsində dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır. (apa)pia.az