Biçildi ömrümüz qəm dəryazında

Kulis.Az şair Yaralı Bəxtiyarın “Axarıncı şeirlər” adlı yeni şeirlərini təqdim edir
1 Tanıdınmı gözüm nuruMənəm, yazıq gəlinəsiAğlar qalsın gülməyimiOldum gülünc, gülünəsi. Gözün eli talayasıCanım oda qalayasıDilim meydan sulayasıSinən meydan bilinəsi. Ömür necə qorunasıQara gəldi qərinəsiOdu, kəndin görünəsiDe kimlərə ləlinəsi? Kim sözünü çeynəyəsiDeyim fələk neynəyəsiSümükləri qaynayasıİlikləri ilinəsi. Ta Bəxtiyar söz bəyidiYalan ömrün düz bəyidiQara gözlər özbəyidiDurub səcdə qılınası.  2 Razı-razı güzgülənən ay gözəlGör nə var gözəllik dünyasında, baxDünyanı gözəllik xilas edən döyMin cür qan-qada var xilasında, bax. Hərə bu dünyada bir cür yol tutarYaman ayaq tutar, yaxşı əl tutarSağı sağ göstərər, solu sol tutarSən sənə qəlbimin aynasında bax. Şairin düz sözü suçu deməkdiÇox şirin nağıllar acı deməkdiHəyat nə deməkdi, nəçi deməkdiMənim gözlərimin damlasında bax. Yaralı Bəxtiyar deyər sinədənGörüm qana düşsün könül qanadanBu dünya belədi başdan-binadanSən bu gözəlliyə sonrasında bax.  3 Yenilərsən vaxt-vədəyəHöcətkarı yendirincəAğır sözlər yüngülləşərSüysününə mindirincə. Olmayası nədən olur?Dolu döysə nə dən olur?Adam özü nadan olurBir nadanı qandırınca. Söz qiymətdə baha yaxşıUcuz sözlər şaha yaxşıDindirməsən daha yaxşıAbırsızı dindirincə. Der Bəxtiyar, sinəm təndirÇıxmaz candan azar andırÇayqarada zibil yandırAxmağa can yandırınca.  4 TƏCNİS Lənət xeyrinə xeyir güdəninBaxmaram o pula, ya da vara mən.Əlinə baxınca gədə-güdəninYa mala baxaram, ya davara mən. Mərd vaxtsız gedərsə qəm dər yasındaBiçildi ömrümüz qəm dəryazındaBatsam kömək etməz qəm dəryasındaBilsə ki, möhtacam yad, avara mən. Bəxtiyar düz yolda varınca varaİncəlik mal-mülkdü, var incə varaBeş-on qanan adam var incəvaraOllam nadan üçün yad, avara mən.  5 TƏCNİS Kimin ürəyində təpər var bir azQalxan o yamacı, o diki odu.Sevgilər də oddu, qəzəblər də odSöndürür gör neçə od iki odu. Gərək getməyəsən dada nadanaOndansa bağına dadana danaHər kim versə bir az dada nadanaDeyər yaxşı adam odu ki, odu. Gərək baxasan ki, dona, don olaSəryidə quruya, dona, don olaBəxtiyar, hər tərəf dona, don olaSönməz ürəyimin odu ki, odu.  6 Kimdi düz adamı vecinə alanSarsağın, yanqırın zəmanəsidiGülməli görünür ipək adamlarCırığın, cındırın zəmanəsidi. Yüz haqqı yeyənlər siftə edirlərKim nə edəsidi, lap da edirlərPulu olanlara qibtə edirlərHaman o andırın zəmanəsidi. Nadanlar söhbəti sözdən salırlarƏyrilər yolunu düzdən salırlarAğır havaları gözdən salırlarİndi də dınqırın zəmanəsidi. Qaçır bu yerlərdən hərə bir yollaÖlü yerlərini çatdırmır mollaHəmzə Çənlibeldə yapdırıb villaKeçəlin, şıldırın zəmanəsidi. Kar etmir heç kimə öyüt, BəxtiyarDərdi öz içində üyüt, BəxtiyarBirtəhər uşağı böyüt, BəxtiyarGədənin, dılğırın zəmanəsidi.  7 Əzəldən binanın himi himdisəYüz qat möhkəm olar dayaqlısındanDaha qorxuludu məkrli alimOn-on beş nadanın çomaqlısından. Qədəm bas, a bala, düz yol yaxşıdıOlsun çal-keçir yol, toz yol, yaxşıdıDördayaqlı çaqqal yüz yol yaxşıdıÇaqqalların iki ayaqlısından. Beş mərtəbə söz götürüb yüksəldi,Gədə bir mərtəbə irəli gəldiBar ağacı yarpaqsız da gözəldiKöhnə fızıllığın yarpaqlısından. Bu dünyada bir gör-götür yaxşıdı,Bir də hörmət, izzət, xətir yaxşıdıHər yükə tab edən qatır yaxşıdıAlaşa madyanın daylaqlısından. Yaralı Bəxtiyar özünə bəydiHeçə dəyməyənlər xətrinə dəydiCaynaqlı yırtıcı nəmənə şeydiQorxginan insanın caynaqlısından.  8 Eybəcər dünyadı eybəcər həyatDöndərər atlası cındıra, bilməzNeçə ucaları alçaq eyləyərAlçağı çıxardar hündürə, bilməz. Boşboğaz bir gapı yüz təkrar edərYaxşı iş xəbisin yerin dar edərNadan dediyində çox israr edərYüz alim yığıla, qandıra bilməz. Ya nökər olasan, fərqi yox, ya xanFələyin əlindən qurtarmaz yaxanÇox vaxt bir mahalı yandırıb-yaxanÇöllükdə bir ocaq yandıra bilməz. Yaralı Bəxtiyar, azdı düz adamİnanma hamıya, düzdü az adamQəlbimi sındırar gündə yüz adamKimsə mənliyimi sındıra bilməz.  9 Əppəyin verirəm, suyun verirəmBilmədim canımın azarını mənPaltarda, palazda aldana billəm,Tanıram insanın astarını mən. Yüz haldan keçmişəm halıma baxınYolumun tərsinə selləndi axınŞahdan doğma bildim, vəzirdən yaxınÇölün gürzəsini, şahmarını mən. Ehtiyac qapını əcəltək döyürKasıba gün-saat yoxdu bir hoyurBu dünya gözəldi deyən düz deyirGörmədim qəhbənin yassarını mən. Bilinmir dünyanın düzü, oğrusuDoğrum yalan oldu sözün doğrusuÜzdü ürəyimi damar ağrısıTutunca həyatın damarını mən. Yaralı Bəxtiyar deməz boşunaSöz var heçə dəyər, söz var qoşunaHər kim mənəm deyib döydü döşünəGörmədim düz əhdin, ilqarının mən.  10 TƏCNİS Dünya bir sual ki, cavabı var, yoxNə bir testə düşüb, nə bəndə, bəndəNə bir üslubu var, nə qafiyəsiNə vəznə uyğundu, nə bəndə, bəndə. Pisliyi dünyadan at anrı, TanrıAtlı belə gedir, at anrı, TanrıDəyməsin xətrinə a Tanrı, TanrıNə Tanrı Tanrıdı, nə bəndə, bəndə. Bəxtiyar, əl işə vardı, qabardıHalalca dövlətdi, vardı, qabardıKönlümün dalğası vardı, qabardıNə bir yerə sığar, nə bəndə, bəndə.pia.az