Ukraynada siyasi repressiya qurbanlarının kütləvi məzarlığı aşkar edilib

Ukraynanın İvano-Frankovsk şəhərində elektrik xətti çəkilən zaman şəhərin mərkəzində yerləşən gölün ətrafında siyasi repressiya qurbanlarının kütləvi məzarlığı aşkar edilib
AZƏRTAC xəbər verir ki, kütləvi məzarlıqda ən azı 50 insanın cəsədi var. Tədqiqatçılar bir gündə insan sümükləri və məişət əşyaları ilə dolu olan iki çuval aşkarlayıblar. Onların içərisində qadın və uşaq geyimlərinin elementləri də var.Tədqiqatçıların məlumatına görə, hələ ki, aşkar olunan məzarlığın uzunluğu beş metrdir, ancaq bu sahə geniş ola bilər. Bunlar tədqiqatın sonunda məlum olacaq.Məlumata görə, aşkar olunan ərazi XX əsrin 40-cı illərində kommunist və faşist rejimlərinin qurbanları üçün istifadə olunub.pia.az