Mövsümün yeni rekordu

Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la "Kopenhagen" arasında ilk qarşılaşmasını 31 min 250 tamaşaçı izləyib
PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, bu, cari mövsüm Azərbaycan klublarının avrokubok oyunları üçün rekord göstəricidi. Əvvəlki 3 təsnifat mərhələsinin 16 qarşılaşmasında təmsilçilərimiz belə auditoriya görməmişdi. Bunadək də rekord "Qarabağ"a məxsus idi.Ağdam təmsilçisinin III təsnifat mərhələsinin "Şerif"lə ev görüşündə 26 min tamaşaçı qeydə alınmışdı.pia.az