50 illik münaqişə başa çatdı

Kolumbiya İnqilabi Silahlı Qüvvələri (KİSQ) tam tərksilah olunub və qiyamçılarla hökumət arasında 50 illik münaqişə başa çatıb
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Kolumbiya prezidenti Xuan Manuel Santos bəyan edib.Qeyd edək ki, Kolumbiya İnqilabi Silahlı Qüvvələri yerli kommunist partiyasının hərbi qolu kimi 1964-cü ildə yaradılıb. Qruplaşmanın sıralarında 20 minədək silahlı döyüşüb. Qiyamçılarla hökumət arasında sülh danışıqları dörd il davam edib.pia.az