Şəmkirdə 13 yaşlı qızı avtomobil vuraraq öldürüb

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb.  Kənd sakini 2004-cü il təvəllüdlü Ella Qasımova yolu keçən zaman “Niva” markalı avtomobil tərəfindən vurulub.  Ağır bədən xəsarətləri alan 13 yaşlı qız hadisə yerində ölüb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.pia.az