Bakı-Sumqayıt qatarlarının hərəkətində dəyişiklik ediləcək

Biləcəri stansiyasının tək yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq 13.08.2017-ci ildən 22.08.2017-ci ilədək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının 07.01.2017-ci ildə təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər haqqında ətraflı məlumatı www.ady.az saytından əldə edə bilərsiniz.pia.az