Prezident Müşfiqin yeni məkana köçürülən abidəsini ziyarət etdi

Bu gün Bakının “Sovetski” adlanan hissəsində salınmış yeni yolların sçılışında iştirak etmiş Prezident İlham Əliyev yenidən qurulan “Statistika” dairəsində görülən işlərlə tanış olub
Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı burada Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mikayıl Müşfiqin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.Xatırladaq ki, aparılan yenidən qurma işləri zamanı Mikayıl Müşfiqin heykəli dağıdılmış və bu qalmaqala səbəb olmuşdu. Sonradan böyük ədibin heykəli bərpa edilmiş və yeni yerinə köçürülmüşdü.pia.az