Sabah hava necə olacaq?

Avqustun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN)  verilən məlumata görə, zəif cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 25-28° isti, gündüz  37-42° isti, Bakıda gecə  26-28° isti, gündüz  39-41° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  35-45 % olacaq.  Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 28-29°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  29-30°, Türkan, Hövsan, Sahil, Şıxda  30-31° isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Qərb küləyi  axşam ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 38-43° isti, dağlarda gecə 16-21°, gündüz  29-34° isti olacağı gözlənilir.pia.az