Partlayışda ölənlərin sayı 28 nəfərə çatdı

Pakistanın Lahor şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatıb
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 57 nəfər yaralanıb. Ölənlərin 8-i polis əməkdaşıdır. Terror aktına görə, məsuliyyəti hələlik heç bir terror qruplaşması üzərinə götürməyib. **Pakistanın Lahor şəhərində terror aktı törədilib. AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 24 nəfər ölüb, 32 nəfər yaralanıb.Partlayışın kamikadze tərəfindən törədildiyi bildirilir. Məlumatda qeyd olunur ki, 32 yaralıdan 11-nin vəziyyəti ağırdır. Ölənlərdən azı 3-ü polis əməkdaşıdır. Yaralılar arasında da polislərin olduğu bildirilir. pia.az