Dənizdən çıxarkən yaş saçlara forma verməyin 7 üsulu

Dənizdən çıxarkən xanımların ən böyük problemlərindən biri də saçlarına forma verməkdir
Axşam.az xarici mətbuata istinadən, yaş saçlara edə biləcəyiniz 7 saç düzümünü təqdim edir. 1. Yüksək topuzSudan çıxdıqdan sonra nəm saçlara forma verməyin ən gözəl üsulu bərk yığılmış topuzdur. Heyli Balduin də yaş saçlarına stil vermək üçün topuzdan istifadə edən məşhurlar siyahısındadır. 2. HörükSaçlarınızı və sizi gözəl göstərəcək nüanslardan biri də hörükdür. İstər yaş, istərsə də quru saçlarınızı hörsəniz, çimərlik stilinizi tamamlamış olarsınız. 3. Təbii dalğalarDuzlu suyun təsirindən daha da burulmuş zərif dalğalar seksual görünüşünüzü tamamlamaq üçün ideal vasitə ola bilər. 4. Spreylə forma verilən saçlar Duzlu sudan sonra saçınıza forma verən spreylər sıxmaqla onların istədiyiniz görünüşdə qalmasına kömək edə bilərsiniz. 5. Bandanalar Nostalji havası ilə retro bir görünüş yaradan bandanalar çimərlikdə diqqəti cəlb etmək istəyənlər üçün ideal seçimdir. 6. Saç aksessuarları Müxtəlif saç aksessuarları ilə dağınıq saçlarınıza daha səliqə forma verə bilərsiniz. 7. At quyruğu Saçlarınızla nə yaş, nə də quru olduğu zaman məşğul olmaq istəmirsinizsə, at quyruğu formasında toplayaraq buna nail ola bilərsiniz.pia.az