Makronun reytinqi 10% aşağı düşüb

Fransa prezidenti Emmanuel Makrona və baş nazir Eduard Filipə etimad reytinqi aşağı düşüb
PİA.AZ report.az-a istinadən bildirir ki, Fransanın İctimai Rəy İnstitutunun keçirdiyi aylıq sorğu bunu deməyə əsas verir.Hazırda Fransa əhalisinin 54%-i Makrona etibaredir. Bu isə ötən ay ilə müqayisədə 10% azdır.Son bir ayda prezidentin fəaliyyətindən narazı olanların sayı 24%-dən 43%-ə qədər yüksəlib. Respondetlərin cəmi 1%-i cavab verməkdə çətinlik çəkib. pia.az