Facebooka görə ərindən boşandı

Türkiyənin İzmir şəhərində A.T ad-soyadlı bir qadın əri sosial şəbəkədə çox vaxt keçirdiyi üçün boşanmaq üçün məhkəməyə müraciət edib
PİA.AZ Lent.az-a istinadən xəbərinə görə, qadın şikayət ərizəsində bildirib ki, əri də narkomanlar və siqaret aludəçiləri kimidir, sosial şəbəkədən asılı vəziyyətdədir. Onun yazdığına görə, 47 yaşlı əri səhər açılandan gecə saatlarına qədər sosial şəbəkədə vaxt keçirir, paylaşımlar edir, statuslara rəy bildirir. Yarım ildir ki, işsiz olan kişi nə evin problemlərini həll etməyə qadirdir, nə də ailəsinə vaxt ayırır: “O deyir ki, sosial şəbəkədən ayrı keçirdiyim hər dəqiqəni itki hesab edirəm. Bu isə xəstəlik səviyyəsinə çatmış insan deməkdir. Mən onun bu asılılıqdan qurtulması üçün hər cür fədakarlıqlar etməyə hazır idim. Hətta psixoloq yanına gedib, bunu tibbin köməyi ilə həll etmək də olardı. Amma o, buna heç cür yaxşı baxmır və hesab edir ki, bu, bir həyat tərzidir. Əgər o, elə hesab edirsə, demək, qurtuluş yoxdur”.pia.az