Bakıda universitet binasında yanğın başlayıb - Yenilənib

Fövqəladə Hallar Nazirliyi Bakıda universitet binasında baş verən yanğınla bağlı məluma açıqlayıb
PİA.AZ-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır. Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.***APA-nın məlumatına görə, yanğın universirtetin Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən binasının idman zalında qeydə alınıb.Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.pia.az