Hindistanın prezidenti “toxunulmaz” oldu

Hakim partiya Bxaratiya (Hindistan Xalq Partiyası) tərəfindən namizədliyi irəli sürülmüş Ram Natx Kovind Hindistanın yeni prezidenti seçilib
Oxu.Az-ın məlumatına əsasən, bu barədə seçki komissiyası məlumat yayıb. NDTV telekanalının verdiyi xəbərə əsasən, Kovind seçicilərin 65%-nin səsini toplayıb. Qeyd edək ki, Kovind Hindistanın sayca 14-cü prezidenti oldu. O, həmçinin mənşəcə dalit (Hindistanda ən aşağı kasta olan “toxunulmazlar” belə adlandırılır) olan ikinci prezidentidir.   Kovind yeni vəzifəsinin icrasına iyulun 25-dən başlayacaq.pia.az