Azərbaycanlı Ukraynada baş məşqçi təyin olundu

Vasif Talıbov Ukraynanın kişilərdən ibarət "Vinnitsa" voleybol komandasının baş məşqçisi təyin olunub
Azərbaycanlı mütəxəssis bu postda Aleksandr Bondarenkonu əvəzləyib.Qeyd edək ki, Vasif Talıbov son olaraq Bakının "Telekom" komandasında baş məşqçi Zoran Qayiçin köməkçisi olub. O, son mövsümdə Ukrayna çempionatının bürünc medalçısı olan "Vinnitsa"da daha öncə köməkçi-məşqçi vəsifəsində çalışıb. (report.az)pia.az