“Nice” müdafiə xəttini gücləndirdi

Fransanı Çempionlar Liqasında təmsil etməyə hazırlaşan "Nice" müdafiə xəttini gücləndirib
PİA,AZ goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı Kristof Jalle "Nice"nin heyətinə qoşulub. O, son olaraq "Lyon"da çıxış edib. Bu klubla 2018-ci ilin yayına kimi anlaşması olsa da, Jalle müqaviləni pozaraq "Nice"a azad agent kimi gəlib. Təcrübəli müdafiəçi karyerası ərzində "Lorient", PSG kimi klublarda da forma geyinib. pia.az