Orta aylıq əmək haqqı artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 6,3% artaraq 520,1 manat təşkil edib
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, əmək haqqı neft sektorunda 3083,4 manat, qeyri-neft sektorunda 459,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 387,9 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 710,4 manat olub.Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.pia.az