Klublarımızın Avropa Liqasındakı hakimləri açıqlandı

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına təyinatları açıqlanıb
İyulun 20-də meydana çıxacaq Azərbaycan klublarının qarşılaşmalarının da ədalət təmsilçiləri müəyyənləşib.Öz meydanında "Astra"nı sınağa çəkəcək "Zirə"nin matçı Gürcüstan təmsilçilərinə tapşırılıb. Lüksemburqda "Fola" ilə görüşəcək "İnter"in oyununda isə litvalılar iş başında olacaq.  "Qəbələ"nin "Yagelloniya" ilə səfər görüşündə isə ədaləti rumıniyalılar qoruyacaq. Avropa LiqasıII təsnifat mərhələsi, cavab oyunları20 iyul 21:00. "Zirə" (Azərbaycan) - "Astra" (Rumıniya)Baş hakim: Giorgi VadaçkoriyaBaş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Giorgi ElikaşviliDördüncü hakim: Qoqa Kikaçeyşvili (hamısı Gürcüstan)UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)Hakim-inspektor: Sergey Zuyev (Rusiya)Bakı. "Dalğa Arena" stadionuİlk oyun - 1:3 21:30. "Fola" (Lüksemburq) - "İnter" (Azərbaycan)Baş hakim: Donatas RumsasBaş hakimin köməkçiləri: Aleksandr Radius, Vladimir Gerasimov (Dördüncü hakim: Robertas Smitas (hamısı Litva)UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)Eş. Emil Mayriş stadionuİlk oyun - 0:1 22:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan)Baş hakim: Konstantin Sebastyan KolteskuBaş hakimin köməkçiləri: Radu Adrian Stefan Ginquleaç, Vladimir UrzikaDördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)Belostok. Şəhər stadionuİlk oyun - 1:1 (apasport.az)pia.az