Dəniz Səkinin toyu təxirə düşdü

Türkiyəli müğənni Deniz Seki 2,5 il həbsxanada qaldıqdan sonra iyunun 5-də azadlığa çıxıb
PİA.AZ Axşam.az-a istinadən xəbər verir ki, ifaçı “Həbsxanadan çıxan kimi evlənəcəyəm” desə də, toyunu ləngitmək qərarına gəlib.Hazırda nişanlısı Faruk Salmanla tətildə olan Dəniz toy və bal ayı üçün pulunun olmadığını və həbsxana qaldığı vaxt əlində olan pulları da xərclədiyi üçün ona gələn təklifləri dəyərləndirməklə məşğuldur. Qeyd edək ki, D.Seki Bakırköy Qapalı Qadın Cəzaçəkmə evində 2.5 ildir ki, məhkumluq həyatı yaşayıb. O, narkotik ticarətlə məşğul olduğu üçün həbs olunub. pia.az