İlham Əliyevin Latviyaya rəsmi səfəri başlayıb

Azərbaycan prezidenti İlham Əliyevin iyulun 16-da Latviya Respublikasına rəsmi səfəri başlayıb
APA-nın məlumatına görə, Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Latviya Prezidenti Ofisinin rəhbəri Arnis Salnajs və digər rəsmi şəxslər qarşılayıblar.pia.az