Nərimanov rayon rəhbərliyi Heydər Əliyev Mərkəzində

İyulun 14-də Heydər Əliyevin hakimiyyətə gəlməsinin 48-ci ildönümü ilə əlaqədar Milli Məclisin deputatı Hikmət Məmmədov, rayon rəhbərliyi, ictimaiyyəti və gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Mərkəzinin əməkdaşı ekskursiyanın iştirakçılarına məlumat verib ki, mərkəz mərhum lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, ölkəmizin tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin respublikamızda tanıdılması istiqamətində fəaliyyət göstərir.Qeyd edilib ki, Mərkəzdəki Heydər Əliyev Muzeyində toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. İlk öncə ziyarətçilər 1969-cu ildən 2003-cü ilədək Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar.Qeyd edək ki, üç mərtəbədən ibarət Muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu, Ulu Öndər barədə maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. pia.az