Dani Alveşin yeni klubu rəsmən məlumdur

Dani Alveş PSG ilə rəsmən anlaşıb
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, braziliyalı müdafiəçi 2 illik müqaviləyə imza atıb. O, Paris klubuna pulsuz başa gəlib. 34 yaşlı futbolçu yeni klubunda 32 nömrəli forma ilə çıxış edəcək. Fransa mediasının məlumatına görə "sambaçı"nın illik məvacibi 12.5 milyon funt təşkil edəcək. Alveşin son klubu "Juventus" olub. pia.az