Hakerlər “Trump Hotels”in qonaqlarının məlumatlarını ələ keçirdi

Hakerlər 14 “Trump Hotels” mehmanxanalarının ziyarətçilərinin şəxsi məlumatlarına çıxış əldə ediblər
Lent.az-ın Nation-news.ru saytına istinadən verdiyi məlumata görə, bir neçə ay ərzində hakerlər hotel müştərilərinin nəinki kredit kartları, hətta onların telefon nömrələri və ünvanları barədə də məlumatları biliblər. Hotellər şəbəkəsinin sistemində kiberhücum özünü əks etdirməyib. 2016-cı ildə hakerlər “Trump Hotels” hotellər şəbəkəsinin qonaqları barədə şəxsi məlumatlara çıxış əldə ediblər. Hakerlər bu məlumatlardan bir neçə ay ərzində istifadə ediblər. Şirkətin yaydığı bəyanatda bu hadisə barədə bu günlərdə xəbər tutduqları bildirilir. Məlumatlara çıxış isə mehmanxanada yerlərin bron edilməsi ilə bağlı olub. Kiberhücum “Sabre Hospitality Solutions” (Sabre) sisteminə də aid olub. Bu sistem “Trump Hotels” şirkətinə xidmətlər göstərir. Bununla belə, “Trump Hotels”in sistemlərinə bu təsir etməyib. Qeyd edilir ki, hakerlər 2016-cı ilin avqust ayından 2017-ci ilin martına kimi qonaqların kredit kartlarından istifadə ediblər. Bir sıra hallarda isə hakerlərin mehmanxana sakinlərinin telefon nömrələri və ünvanlarına çıxış əldə etdikləri də olub. pia.az