Günel “Space”dən çıxma xəbərindən danışdı: “Getməyimi istəyənlər...”

“Space TV”nin məşhur aparıcısı Günel Həsənzadənin kanalla yollarını ayırması xəbəri yayılıb
G.Həsənzadə məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, işinin başındadır və heç yerə getməyi düşünmür:“Bu kanalda mənim nazımla oynayırlar. Rəhbərlikdən tutmuş iş yoldaşlarıma qədər hər kəs mənə hörmət edir. İnsan yaxşı olduğu yerdən necə gedə bilər? Mənim “Space”dən getməyimi istəyənlər məni sevməyənlərdir. Mən burada doğulmuşam, yerimdən necə gedə bilərəm? Bura mənim üçün çox dəyərlidir”.Aparıcı “Başqa kanaldan dəvət almısınız?” sualına belə cavab verib:“Mənə dəvət göndərən telekanlların hamısına təşəkkür edirəm. Mənə dəyər verdikləri üçün dəvət edirlər”.G.Həsənzadə “Banu” verilişinin yeni televiziya mövsümündə də davam edəcəyini söyləyib:“Banu” hər dəfə özü-özünü təzələyir. Hər buraxılışda bir rayonda çəkilişdə oluruq, hərəsinin bir adəti, maraqlı zarafatları var. Əlavələr edilsə, bu qədər baxımlı olmaz”.Qeyd edək ki, Günelin "Space"dən getmə xəbərini "Qafqazinfo" saytı yayıb. pia.az