“Android”də “Təşviş düyməsi” aşkar edildi

“Android 7.1” mobil əməliyyat sisteminin istifadəçiləri “təşviş düyməsi”ni aşkar ediblər
Lent.az-ın “Bleeping Computer” resursuna istinadən məlumatına görə, bu rejim dərhal təhlükəli əlavəni söndürməyə imkan verəcək.Əldə edilən məlumatlara əsasən, bu rejim “geriyə” düyməsini 4 dəfə cəld sıxmaqla aktivləşir. Nəticədə istifadəçi əlavə söndürüləndən sonra dərhal əsas ekrana keçid alır. Öz növbəsində “Google” hələlik bu funksiyanı elan etməyib. “Təşviş düyməsi” sınaq mərhələsindədir. Bu isə o deməkdir ki, bu funksiya yalnız bəzi “Android” istifadəçilərinin istifadəsinə verilib. Xatırladaq ki, bundan əvvəl “Kasperski Laboratoriyası” “Android” istifadəçilərinə yeni virus barədə xəbərdarlıq edib. Bu virus kibercinayəkarların qurbanlarının pullarını mobil bank vasitəsilə hesablarından köçürür.pia.az